QAİ Lüksemburqu Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb

QAİ Lüksemburqu Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb
# 23 avqust 2023 15:21 (UTC +04:00)

Qərbi Azərbaycan İcması Lüksemburqun xarici işlər nazirinin Azərbaycana qarşı yönəlmiş 2023-cü il 23 avqust tarixli açıqlamasını kəskin şəkildə pisləyir.

İcmadan APA-ya bildirilib ki, Lüksemburqun və onun uzun müddətdən bəri qatı anti-Azərbaycan mövqeyi sərgiləyən xarici işlər nazirinin belə açıqlamaları gülüş və kinayə doğurur. Azərbaycan ictimaiyyəti Lüksemburqun ədalətsiz, düşmən mövqeyini xüsusən Vətən müharibəsindən yaxşı xatırlayır.

Lüksemburq bəşəri dəyərlərə, beynəlxalq hüquqa açıq-aşkar hörmətsizlik nümayiş etdirir. 30 il ərzində Ermənistanı Azərbaycan ərazilərinin işğalına son qoymağa çağırmayan, biz qərbi azərbaycanlılar da daxil olmaqla, yüz minlərlə azərbaycanlının öz dədə-baba yurdlarından qovulmasına göz yuman Lüksemburqun indi Azərbaycana hansısa çağırış etməsi üçün mənəvi hüququ yoxdur.

Qərbi Azərbaycan İcması Lüksemburqu Azərbaycanın daxili işlərinə kobud müdaxilədən əl çəkməyə, xüsusilə onun xarici işlər nazirini Azərbaycanofobiya mərəzindən qurtulmağa çağırır.

1 2 3 4 5 İDMAN XƏBƏR

Qərbi Azərbaycan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR