Vətəndaşların 139 min manatını mənimsəyən qadın tutulub

Vətəndaşların 139 min manatını mənimsəyən qadın tutulub
# 03 mart 2016 08:55 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda vətəndaşlara qarşı dələduzluq edən qadın tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü il noyabrın 13-də Balakişi Behbudova qarşı dələduzluq etmiş Bakı şəhər sakini Gülnarə Muxtarova saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2014-cü ildə daha 18 nəfəri aldadaraq onlardan ümumilikdə 139 000 manat alması müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR