ABŞ İranda saxlanılan FTB əməkdaşının azadlığa buraxılmasına çalışır

ABŞ İranda saxlanılan FTB əməkdaşının azadlığa buraxılmasına çalışır
# 18 yanvar 2016 10:50 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Biz digər girovların azadlığa buraxılmasına sevinsək də, Federal Təhqiqatlar Bürosunun əməkdaşı Robert Levinsonu unutmuruq”.

APA-nın “Əl-Ərəbiyyə”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama Ağ Evdəki çıxışında deyib.

ABŞ dövlət katibi Con Kerri isə “tvitter” hesabında İran ərazisində saxlanılan ABŞ vətəndaşları ilə bağlı məsələnin hər fürsətdə qaldırıldığını deyib. “İranla bu sahədə əməkdaşlığı dərinləşdirməyə razılığa gəlmişik. Biz Levinson ailəsi ilə bir araya gələnə kimi çalışacağıq” - deyə, o qeyd edib.

Federal Təhqiqatlar Bürosu (FTB) isə onunla bağlı informasiya verənə 5 milyon dollar vəd edib. “FTB iranlı həmkarlarının öhdəliklərini yerinə yetirmələrini gözləyir” - deyə, qurumdan bildirilib.

Qeyd edək ki, FTB-nin əməkdaşı Robert Levinson 2007-ci ilin martında İranın Kiş adasında müəmmalı şəkildə yoxa çıxıb. 67 yaşlı R. Levinson ABŞ-da ən uzun müddət girovluqda qalan şəxs hesab edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR