Ermənistanda Avetisyan ailəsinin qətli ilə bağlı ikinci məhkəmə iclası keçirilib

Ermənistanda Avetisyan ailəsinin qətli ilə bağlı ikinci məhkəmə iclası keçirilib
# 18 yanvar 2016 15:46 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bu gün Gümrüdəki Rusiya hərbi bazasında Avetisyan ailəsinin qətli ilə bağlı ikinci məhkəmə iclası keçirilib.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, Avetisyan ailəsinin yaxınları iclas zalında qətldə təqsirli bilinən Valeri Permyakovu təhqirlərlə qarşılayıblar. Məhkəmə prosesi zamanı V. Permyakovun qollarından qandallar çıxarılıb. Bunun Avropa Konvensiyasının tələblərinə uyğun edildiyi bildirilib.

Vəkil Artur Sakunts məhkəmə prosesinin Gümrüdə keçirilməsinə etiraz edərək prosesin Şirak vilayəti ümumi instansiya məhkəməsinə köçürülməsi üçün vəsatət qaldırıb. Eyni zamanda o, hakim Arutyun Movsisyanın məhkəmə posesini aparmasına da etiraz edib. Hakim vəsatətləri qəbul etməyib.

Məhkəmə prosesinin həftənin cümə günləri keçirilməsi qərara alınıb. Növbəti iclas yanvarın 22-də olacaq.

Xatırladaq ki, Avetisyanlar ailəsinin 7 üzvü Gümrüdəki 102 saylı Rusiya hərbi bazasında xidmət edən Valeri Permyakov tərəfindən qətlə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR