Qoran Lenmarker martın 6-da Azərbaycana iki günlük səfər edəcək

Qoran Lenmarker martın 6-da Azərbaycana iki günlük səfər edəcək
# 25 yanvar 2010 11:11 (UTC +04:00)
Bu barədə APA-ya açıqlama verən Qoran Lenmarker Azərbaycanda martın 6-7-də səfərdə olacağını bildirib.

O səfər zamanı Azərbaycan rəsmiləri, o cümlədən prezident, Milli Məclisin spikeri və xarici işlər naziri ilə görüşməyi planlaşdırır. Xatırladaq ki, Qoran Lenmarkerin regiona səfəri yanvar ayına planlaşdırılsa da, Ukraynada keçirilən prezident seçkiləri ilə əlaqədar Cənubi Qafqaz bölgəsinə səfər ATƏT Parlament Assambleyasının qış sessiyasından sonraya kimi təxirə salınmışdı. ATƏT PA-nın qış sessiyası fevralın 18-19-da Vyanada keçiriləcək.

Qoran Lenmarker qeyd edib ki, sessiya çərçivəsində Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvləri ilə görüşməyi planlaşdırır. O, azərbaycanlı parlamentarlarla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR