Səfirlik: “Qırğızıstanın cənubunda baş verən toqquşmalarda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur”

Səfirlik: “Qırğızıstanın cənubunda baş verən toqquşmalarda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur”
# 14 iyun 2010 09:34 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycanın Qırğızıstandakı səfirliyinin müşaviri İlqar Cabbarov bildirib. Toqquşmaların baş verdiyi Oş və Cəlalabad vilayətlərindən 840-dək əcnəbinin çıxarıldığını qeyd edən diplomat onların arasında da Azərbaycan vətəndaşlarının olmadığını deyib: “Oş və Cəlalabaddan çıxarılanlar, əsasən Türkmənistandan və digər ölkələrdən olan tələbələrdir. Toqquşmaların baş verdiyi Oş və Cəlalabad vilayətlərində özbəklər və qırğızlar yaşayırlar. Azərbaycandan olan tələbələr isə Qırğızıstanın cənubunda deyil, digər ərazilərində yerləşən ali məktəblərdə təhsil alırlar. Onların hamısı səfirliyin nəzarətindədir”.

İ. Cabbarov Qırğızıstanda təhsil alan 25 azərbaycanlı tələbə ilə müntəzəm əlaqə saxladıqlarını da vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR