Azərbaycan Milli Məclisinin deputatı İslam Konfransı Təşkilatı Parlament İttifaqının konfransında iştirak edəcək

Azərbaycan Milli Məclisinin deputatı İslam Konfransı Təşkilatı Parlament İttifaqının konfransında iştirak edəcək
# 28 iyun 2010 08:39 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin deputatı, İslam Konfransı Təşkilatının (İKT) Parlament İttifaqında (Pİ) Azərbaycan nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva sabah Suriyanın paytaxtı Dəməşqə yola düşəcək. Bu barədə APA-ya məlumat Milli Məclisdən daxil olub. Məlumata görə, deputat İKT Pİ-nın Yaxın Şərqdəki vəziyyətə həsr olunan konfransında iştirak edəcək. Tədbirin yekununda Dəməşq bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulur.
Səfər iyulun 1-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR