Bernar Fasie: “Dağlıq Qarabağ ətrafındakı rayonlara səfər edən ATƏT-in qiymətləndirici missiyasının məqsədi həmsədrlərə regiondakı vəziyyəti daha yaxşı öyrənmək imkanı yaratmaqdır”

Bernar Fasie: “Dağlıq Qarabağ ətrafındakı rayonlara səfər edən ATƏT-in qiymətləndirici missiyasının məqsədi həmsədrlərə regiondakı vəziyyəti daha yaxşı öyrənmək imkanı yaratmaqdır”
# 12 oktyabr 2010 08:48 (UTC +04:00)
Bakı-APA. “Bölgəyə ATƏT-in qiymətləndirici missiyasının göndərilməsi təklifi həmsədrlərdən gəlib və əsasən missiyanın məqsədi həmsədrlərə regiondakı vəziyyəti daha yaxşı öyrənmək imkanı yaratmaqdır”. APA-nın “ArmToday” saytına istinadən yaydığı məlumata görə, bu fikirləri Xankəndində jurnalistlərə açıqlamasında ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Bernar Fasie söyləyib. O bildirib ki, Rusiya və ABŞ-dan olan həmsədrlər dəyişdiyinə görə yeni vasitəçilərin regionla yaxından tanış olmasına ehtiyac yaranıb: “Bildiyiniz ki, həmsədrlərdən yalnız mənim 2005-ci ildə Dağlıq Qarabağ ətrafındakı ərazilərə səfərdə iştirak imkanım olub. Lakin ötən müddət ərzində ABŞ və Rusiyadan olan həmsədrlər dəyişib, nə cənab Bradtkenin, nə də cənab Popovun bu rayonlara səfər etmək imkanı olmayıb. Buna görə də biz hesab etdik ki, ümumi işimizin xətrinə bu rayonlara səfər etmək və situasiya ilə yaxından tanış olmaq zəruridir. Buna görə də biz bütün münaqişə tərəflərinə səhra missiyası keçirməyi təklif etdik və bu missiyanın necə həyata keçiriləcəyini müzakirə etdik. Razılaşma əldə olunduğuna görə şadam və bu missiya hazırda həyata keçirilməkdədir”.

Bernar Fasie missiyanın tərkibinə həmsədrlərdən başqa İqor Popovun köməkçisinin və üç ekspertin daxil edildiyini bildirib. Həmsədr artıq missiyanın Dağlıq Qarabağ ətrafında işğal altında olan yeddi rayondan altısına səfər etdiyini, sabah isə Kəlbəcərə gedəcəklərini deyib.

Amerikalı həmsədr Robert Bradtke bildirib ki, həmsədrlər münaqişənin təsir etdiyi digər regionlara da səfər etməyi planlaşdırır və münaqişənin bütün tərəfləri üçün maraq doğuran bölgələrə gedəcəklər.

Jurnalistlərin suallarını cavablandıran rusiyalı həmsədr İqor Popov Azərbaycan Silahlı Qüvvələri tərəfindən əsir götürülmüş erməni kəşfiyyatçısı Manvel Sarıbekyanın saxlandığı yerdə intihar etməsi faktına da münasibət bildirib: “Hesab edirik ki, bu hadisə ciddi şəkildə araşdırılmalıdır. Təhqiqata müvafiq beynəlxalq strukturlar da cəlb olunmalı, ilk növbədə Beynəlxalq Qırmızı Xaç Komitəsi bu işə cəlb edilməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR