Los-Ancelesdə Azərbaycanın strateji roluna həsr olunmuş seminar keçirilib

Los-Ancelesdə Azərbaycanın strateji roluna həsr olunmuş seminar keçirilib
# 10 yanvar 2011 07:42 (UTC +04:00)
Los-Anceles-APA. Los-Ancelesin ən böyük sinaqoqlarından biri olan Bet Amda Azərbaycanın strateji roluna həsr olunmuş seminar keçirilib. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, seminarı açıq elan edən Cənubi Kaliforniya Universitetinin professoru Ruven Fayrston Azərbaycan tarixi barədə iştirakçılara məlumat verib, ölkədə tolerantlığın mövcud olduğunu bildirib. Daha sonra sinaqoqu ravvini Adam Kliqfeld çıxış edərək iştirakçıları salamlayıb. Seminarda çıxış edən baş konsul Elin Süleymanov yəhudi icmasının Azərbaycanın inkişafına verdiyi töhfələrdən, Azərbaycan və yəhudi xalqları arasında dostluqdan, Azərbaycan-İsrail münasibətlərinin pozitiv inkişaf dinamikasından danışıb. 1990-cı il yanvarın 20-də baş verən faciəli hadisələri xatırladan diplomat bildirib ki, SSRİ rəhbərliyinin qəddar aksiyası Azərbaycan xalqının suveren və müstəqil dövlət qurmaq iradəsini daha da möhkəmləndirib: “Azərbaycan dövlətçiliyinin əsasında etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların həmrəyliyi dayanır. 20 yanvar qurbanları arasında azərbaycanlılarla yanaşı, ruslar, yəhudilər, ölkəmizdə yaşayan digər millətlərin də nümayəndələri var. Çoxmillətli Azərbaycanın vətəndaşları, o cümlədən yəhudilər ölkənin erməni təcavüzündən müdafiəsində iştirak ediblər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR