BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisi Fikrət Akçura Diplomatik Akademiyada çıxış edib - FOTO

BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisi Fikrət Akçura Diplomatik Akademiyada çıxış edib - <font color=red>FOTO</font>
# 21 yanvar 2011 14:31 (UTC +04:00)
Bakı-APA Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan üzrə rezident əlaqələndiricisi Fikrət Akçura “İnsan kapitalının inkişafı və BMT-nin İnkişaf Proqramının Azərbaycanda gördüyü və görməkdə olduğu işlər” mövzusunda mərüzə ilə çıxış edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Diplomatik Akademiyasının (ADA) Xarici Siyasət Proqramının Direktoru Aygün Hacıyeva qeyd edib ki, ADA Azərbaycan səfər edən professorlar, ölkədə fəaliyyət göstərən beynəlxalq qurumlar və diplomatik nümayindəliklərin təmsilçiləri ilə görüşlər keçirir, onların fəaliyyətini işıqlandırmağa çalışır. BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisi Fikrət Akçura ilə də görüş bu müstəvidə təşkil olunan görüşlərdən biridir.

Cənab Akçura Azərbaycan Diplomatik Akademiyasında çıxış etmək imkanına görə minnətdarlığını bildirərək BMT-nin İnkişaf Proqramının dünya üzrə tərtib etdiyi ənənəvi illik hesabatı barədə məlumat verib. Azərbaycan üzrə rezident əlaqələndirici hesabatın tərtib olunmasında istifadə olunan statistik məlumatlar, ayrı-ayrı göstəricilərin açılışı və Azərbaycan üçün kəsb etdiyi əhəmiyyətdən danışıb.

Cənab Akçura BMT-nin 2010-ci ilin “İnsan kapitalı” indeksində Azərbaycanın 16 pillə yuxarı qalxaraq, dünyada bu indekin ən sürətlə artan ölkəsi olduğunu xatırladıb. O, yerli hökumətin insan kapitalı və iqtisadiyyat, nəqliyyat infrastrukturuna sərmayə qoymasını da müsbət hal kimi dəyərləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR