Piter Semnebi: “Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu mövqe dəyişməzdir”

Piter Semnebi: “Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu mövqe dəyişməzdir”
# 24 yanvar 2011 07:11 (UTC +04:00)
APA-nın “AzərTAc dövlət agentliyinə istinadən verdiyi məlumata görə, P. Semnebi jurnalistlərə açıqlamasında Aİ-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyinin dəyişməz olduğunu bildirib.

Diplomat deyib ki, səfəri çərçivəsində Azərbaycan hökumətinin nümayəndələri ilə məsləhətləşmələr aparacaq, Ombudsman və vətəndaş cəmiyyətinin təmsilçiləri görüşəcək.

P. Semnebi onu Avropa Komissiyası rəhbərinin Azərbaycana səfərindən sonra xarici siyasətlə bağlı məsələlərin maraqlandırdığını söyləyib: “Gündəlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələr var. Qarabağ probleminin həll olunmamış qalması bizi narahat edir. Biz münaqişənin həlli üçün edilən bütün cəhdlərə diqqət yetiririk. Barrozonun dediklərinin saytdan çıxarılması ilə bağlı deyilənlərə gəlincə, bunu şişirtmək istəməzdim. Saytda mətnin əvvəlki versiyası olub”.

P.Semnebi qeyd edib ki, Avropa İttifaqının Azərbaycanla bağlı mövqeyində heç nə dəyişməyib. Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıyır, buna görə də bu məsələdə spekulyasiyaya yol vermək olmaz: “Əlbəttə ki, Dağlıq Qarabağ problemini həll etmək üçün prinsiplər var və buna da əməl etmək lazımdır. Bizim mövqeyimiz isə dəyişməz qalır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR