Deputat Fəzail İbrahimli AŞPA sessiyasında çıxış edib

Deputat Fəzail İbrahimli AŞPA sessiyasında çıxış edib
# 24 yanvar 2011 14:32 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli – APA. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk plenar iclasında Azərbaycan nümayəndə heyətinin üzvü Fəzail İbrahimli çıxış edib. APA-nın Avropa bürosunun xəbərinə görə, F. İbrahimli bildirib ki, Azərbaycanda ötən ilin noyabr ayında keçirilən parlament seçkilərini izləyən beynəlxalq təşkilatların missiyaları prosesin demokratik şəraitdə keçdiyini qeyd ediblər: “Lakin seçkilərə öz münasibətini bildirən bəzi təşkilatlar Azərbaycandakı psixoloji durumu nəzərə almamış və qənaətlərində obyektiv olmayan bir mövqe ortaya qoymuşlar. Reallığa baxsaq, Azərbaycanda parlament seçkilərinin hansı psixoloji şəraitdə keçdiyini görmək olar. Azərbaycan müharibə şəraitindədir. Sərhədlərdə hər gün atəşkəs rejimi pozulur. Bu isə günahsız insanların və əsgərlərin ölümünə səbəb olur. Seçkilər ərəfəsində də namizədliyimi irəli sürdüyüm bölgədə övladlarını itirmiş ailələr seçkiyə gözüyaşlı gəlmişdi. Soruşmaq istəyirəm: burada ölkəsində belə bir psixoloji şəraitdə parlament seçkilərinin keçirilməsinə şahid olan deputat varmı ? Təbii ki, yox. Bütün bu faktorlar nəzərə alınmasa, seçkilərin obyektiv bir şəkildə dəyərləndirilməsi mümkün deyil”.

F. İbrahimli deyib ki, günah işləyərək cəzasını həbsxanalarda çəkən insanların haqlarından çox danışılarkən, 20 ildən artıqdır qaçqın və məcburi köçkün həyatı yaşayan insanların vəziyyətindən danışılmır: “Seçkilər zamanı təsadüfən bir insanın hüquqlarının pozulması ilə Azərbaycanda demokratiyanın olmadığı istiqamətində fikir yürüdülür. Bir milyondan artıq insanın seçim haqqının, yaşam haqqının pozulması təəssüf ki, sükutla qarşılanır. Əsl obyektiv gerçəklik budur. Avropa ailəsində bir olmaq istəyiriksə, sona qədər ədalətli olmaq lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR