“Şərq tərəfdaşlığı” proqramının Estoniya Mərkəzi açılıb

“Şərq tərəfdaşlığı” proqramının Estoniya Mərkəzi açılıb
# 26 yanvar 2011 13:22 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Estoniyanın paytaxtı Tallinn şəhərində Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının Mərkəzi açılıb. APA-nın “Regnum Baltika”ya istinadən verdiyi məlumata görə, Mərkəz Estoniya Xarici işlər Nazirliyinin və Estoniya Diplomatik Məktəbinin dəstəyi ilə yaradılıb. Qurum Estoniya XİN-lə yanaşı, Finlandiya XİN və İsveçin İnkişaf Sahəsində Dövlət Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilir. Müəyyən layihələr Avropa Komissiyası tərəfindən maliyyələşdiriləcək.
“Şərq tərəfdaşlığı”na üzv 6 ölkənin (Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus, Ermənistan) yüksək və orta səviyyəli rəsmi şəxsləri üçün mərkəzdə təlimlər keçiriləcək. Kurslarda diplomatik məktəb məzunları, sosial işçilər və mülki aktivistlər iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR