Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Beynəlxalq Mədəniyyət və İncəsənət Akademiyasının fəxri akademiki adına layiq görülüb - FOTOSESSİYA

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Beynəlxalq Mədəniyyət və İncəsənət  Akademiyasının fəxri akademiki adına layiq görülüb - <font color=red>FOTOSESSİYA</font>
# 19 fevral 2011 07:40 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Beynəlxalq İctimai Elmlər Akademiyası, Beynəlxalq Xeyriyyəçilik Akademiyası, Beynəlxalq Mədəniyyət və İncəsənət Akademiyasının I qurultayı çərçivəsində keçirilən tədbirdə səfir Polad Bülbüloğluna beynəlxalq miqyaslı xeyriyyə, mədəni və humanitar layihələrə verdiyi dəstəyə görə akademiyanın fəxri akademiki adı verilib. Azərbaycan səfiri ilə yanaşı İran, Tailand, Tacikistan, Ukrayna və Ekvadorun Rusiyadakı səfirləri də Beynəlxalq İncəsənət və Mədəniyyət Akademiyasının diplom və sertifikatları ilə təltif olunublar.

Səfir Polad Bülbülöğlu jurnalistlərə verdiyi açıqlamada onu bu yüksək adı təqdim edənlərə təşəkkür edib: “Bu akademiya Beynəlxalq Mədəniyyət və İncəsənət Akademiyasıdır. Gördüyünüz kimi burada böyük bir hərəkat var. Bu dünya hərəkatıdır. Bu hərəkatın içərisində olmaq məncə şərəfli və lazımlı bir işdir. Fəxr edirəm ki, Azərbaycan səfiri də belə görkəmli səfirlərin içindədir və bizim ölkəmizi, mədəniyyətimizi və sənətimizi belə yüksək qiymətləndirirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR