Azərbaycanlı tələbələr Almaniyada yürüşə hazırlaşır

Azərbaycanlı tələbələr Almaniyada yürüşə hazırlaşır
# 22 fevral 2011 08:54 (UTC +04:00)
Bakı – APA. Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar Gənclər üçün Təhsil Mərkəzi Alman-Azərbaycan Dialoq Platformu ilə birlikdə Almaniyanın Kassel şəhərində yürüş keçirməyə hazırlaşır. Gənclər və İdman Nazirliyindən APA-ya verilən məlumata görə, fevralın 26-da saat 12-də Kassel şəhərinin mərkəzi meydanından başlayacaq və şəhər meriyasının qarşısına qədər davam edəcək yürüşün keçirilməsində əsas məqsəd Xocalı faciəsi ilə bağlı həqiqətləri Almaniya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

Kassel şəhər meriyasının rəsmi razılığı ilə təşkil olunan yürüşdə Almaniyanın müxtəlif yerlərində təhsil alan azərbaycanlı və türkiyəli tələbələr iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR