Azərbaycan ilk dəfə olaraq Buenos-Ayres Beynəlxalq Kitab Yarmarkasında iştirak edir – FOTO

Azərbaycan ilk dəfə olaraq Buenos-Ayres Beynəlxalq Kitab Yarmarkasında iştirak edir – <font color=red>FOTO </font>
# 21 aprel 2011 07:54 (UTC +04:00)
Bakı – APA. Aprelin 20-də Latın Amerikasının ən iri mədəniyyət və nəşriyyat tədbirlərindən olan 37-ci Buenos-Ayres Beynəlxalq Kitab Yarmarkasının (La Feria Internacional del Libro de Buenos Aires) rəsmi açılışı keçirilib. Azərbaycanın Argentinadakı səfirliyindən APA-ya verilən məlumata görə, sərginin açılışında Argentina hökumətinin, Buenos-Ayres şəhərinin rəsmiləri və 2010-cu il ədəbiyyat üzrə Nobel mükafatçısı olan perulu yazıçı Mario Vargas Llosa çıxış ediblər.

Azərbaycan ilk dəfə olaraq Buenos-Ayresdəki səfirliyin təşkilatçılığıyla öz stendi ilə bu sərgidə iştirak edir. Milli memarlıq və ənənələrə uyğun qurulmuş “AZƏRBAYCAN” stendində Azərbaycanın tarixinə, mədəniyyətinə, incəsənətinə, mətbəxinə, ölkənin müasir durumuna, davamlı inkişaf prosesinə, Dağlıq Qarabağ münaqişəsinə, Xocalı soyqırımına aid müxtəlif dillərdə kitab, jurnal və digər nəşriyyat vasitələri nümayiş etdirilir. Stenddə Azərbaycan mədəniyyətini və ənənələrini əks etdirən suvenirlərdən ibarət guşələr yaradılıb, müvafiq film və çarxların nümayişi üçün ekranlar quraşdırılıb.

45,5 min kvadrat metrlik sahədə təşkil olunan yarmarkanı hər il 1 milyon 200 yüz mindən artıq müəllif, yazıçı, şair, tədqiqatçı, tərcüməçi, oxucu və s. ziyarət edir. Bu il yarmarkaya öz stendi ilə 1300-dən artıq iştirakçı qatılıb.

Yarmarka mayın 9-na qədər davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR