Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi erməni təbliğatına qarşı yeni layihənin icrasına başlayıb

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi erməni təbliğatına qarşı yeni layihənin icrasına başlayıb
# 28 aprel 2011 12:39 (UTC +04:00)
Bakı-APA. Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi (ATSAM) İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “www.qerbiazerbaycan.com” internet səhifəsi hazırlamağa başlayıb. APA-nın məlumatına görə, üç ay müddətində icra ediləcək layihənin əsas məqsədi azərbaycanlılara qarşı ermənilərin təhrif olunmuş təbliğatlarının qarşısını almaq, İrəvan xanlığının tarixini işıqlandırmaq, ötən əsrdə müxtəlif dövrlərdə deportasiya edilmiş Azərbaycanlılar haqqında məlumat vermək, bölgənin tarixən Azərbaycan torpaqları olduğunu tarixi sənədlərlə, xarici səyyahların bölgə haqqında verdikləri məlumatlarla təsdiq etmək, Azərbaycanın ərazi bütövlüyünün bərpası və erməni təcavüzündən zərər çəkənlərin hüquqlarının beynəlxalq səviyyədə qorunması istiqamətində işlər görməkdir.

ATSAM rəhbəri dr. Hatəm Cabbarlı APA-ya bildirib ki, internet səhifədə hal-hazırda Ermənistan Respublikası adlanan ərazinin həqiqi sakinlərinin Azərbaycan türkləri olduğu tarixi, coğrafi, elmi-mədəni, ədəbi-ictimai, etnoqrafik baxımdan əsaslandırılacaq: “Bu məqsədlə hazırlanacaq internet səhifəsinə tarixi dəyəri olan foto və arxiv materialları, xəritələr, elmi nəşrlər və məqalələr yerləşdiriləcək. Sayt Azərbaycan, erməni, rus, ingilis dillərində olacaq. Bu layihənin icrası ilə eyni zamanda Azərbaycan dövlətinin xarici siyasət kursunu qeyri-hökumət təşkilatı səviyyəsində dəstəkləmiş olacağıq. Layihə çərçivəsində hazırlanacaq internet səhifəsi Ermənistanın Azərbaycana qarşı təbliğatına cavab xarakteri daşıyacaq, həmçinin, bu yolla Ermənistanın Azərbaycana qarşı təbliğatında əks arqumentlər ortaya çıxarılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR