Polşa səfiri Gəncədə səfərdə olub

Polşa səfiri Gəncədə səfərdə olub
# 29 aprel 2011 12:30 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Polşanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Mixail Labende Gəncəyə səfər edib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, polyak diplomat ilk olaraq Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim və tələbə heyəti ilə görüşüb. Səfir Maxail Labende kənd təsərrüfatı sahəsində əlaqələrin qurulması və bu sahədə işlərin görülməsi üçün universitetin potensialı ilə maraqlanıb. Bundan sonra səfir Aqrar Universitetdə təhsil alan tələbələr qarşısında Polşanın Avropa Birliyi təcrübəsi mövzusunda məruzə edib. Daha sonra jurnalistlərin suallarını cavablandıran səfir səfərin nəticələrini müsbət qiymətləndirib: “Bu gün Gəncəyə gəldiyimə görə çox məmnunam. Səfərimin iki səbəbi var, onlardan biri tələbələrlə görüşüb onlara Polşanın Avropa Birliyindəki təcrübəsi haqda danışmaq idi. Bunu özümə borc bilirəm çünki, bu il Avropa Birliyinə Polşa sədrlik edəcək. Digər bir məqsəd isə Azərbaycan Dövlət Aqrar Universiteti ilə əlaqələri qurmaq, buradakı imkanları öyrənərək gələcəkdə iki dövlət arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirməkdən ibarətdir. Qeyd edim ki, Varşavada çox qədim bir kənd təsərrüfatı universiteti var, güman edirəm ki, onlar da Gəncədə fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universiteti ilə əlaqələr qurmaq niyyətindədirlər”.
Polşa səfirinin Gəncə şəhər icra hakimiyyəti başçısı Elmar Vəliyevlə görüşü də nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR