İstanbulda Avropa Şurası Nazirlər Komitəsinin iclası keçiriləcək

İstanbulda Avropa Şurası Nazirlər Komitəsinin iclası keçiriləcək
# 06 may 2011 13:18 (UTC +04:00)
APA-nın xəbərinə görə, iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edəcək.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun sədrliyi ilə keçiriləcək toplantıda Avropa Şurasının qonşuluq siyasəti, Avropa İnsan Haqları Konvensiyası ilə bağlı məsələlər müzakirə olunacaq. “Məişət zorakılığı və qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması haqqında” Avropa Şurasının Konvensiyası imzaya təqdim ediləcək.

Ə. Davudoğlunun Türkiyənin AŞ NK-da 6 aylıq sədrliyi dövründə gördüyü işlər barədə hesabatla çıxış etməsi də nəzərdə tutulub. Yığıncağın sonunda sədrlik Ukraynaya keçəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR