Azərbaycanın Kanadadakı səfiri yerli radioda yayımlanan proqramın qonağı olub

Azərbaycanın Kanadadakı səfiri yerli radioda yayımlanan proqramın qonağı olub
# 25 may 2011 22:49 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Kanadadakı Fövqəladə və Səlahiyyətli səfiri Fərid Şəfiyev beynəlxalq mədəniyyət məsələlərindən bəhs edən Ottava 97.9 FM CHİN radiosunun efirində yayımlanan 1 saatlıq proqramda qonaq olub. Bu barədə APA-ya Azərbaycanın Kanadadakı səfirliyindən məlumat verilib.

Azərbaycana həsr edilmiş proqramda çıxış edən səfir F.Şəfiyev Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, musiqisi, mətbəxi və s. haqqında radio dinləyicilərinə ətraflı məlumat verib. Səfir həmçinin Azərbaycanda etnik və dini tolerantlıq haqqında söhbət açıb, dinləyiciləri ölkəmizin həyatının müxtəlif sahələri ilə tanış edib.

Proqram ərzində Azərbaycan musiqisindən parçalar səsləndirilib. Belə ki, radio proqramın əvvəlində “Qarabağ şikəstəsi” səsləndirilib və sonra Q.Qarayevin müəllifi olduğu “Vals” musiqi parçası dinləyicilərə təqdim edilib. Proqramın sonunda Azərbaycanın “Eurovision” musiqi müsabiqəsində qələbəsi haqqında söhbət açılıb və proqram “Running scared” musiqi parçası ilə yekunlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR