Arif Məmmədov: “Azərbaycanın Xankəndinə uçacaq Ermənistan təyyarələrinin məhv ediləcəyi barədə bəyanatları qüvvəsində qalır”

A. Məmmədov sözügedən məsələnin may ayında MDB Dövlətlərarası Aviasiya Komitəsi sədrinin Bakıya səfəri zamanı müzakirə olunduğunu bildirib.
«Onunla da məsələni müzakirə edib, mövqeyimizi bildirmişik. Sədr də söz verdi ki, Azərbaycan tərəfinin razılığı olmadan Dövlətlərarası Aviasiya Komitəsi aeroportla bağlı heç bir iş görməyəcək. Ermənistanın müraciəti olsa belə, hava limanına sertifikat verməyəcək», - deyə A. Məmmədov vurğulayıb.
ADMAA-nın Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) xətti ilə Ermənistan tərəfinə etdiyi xəbərdarlığa cavab verilmədiyini deyən A. Məmmədov bildirib ki, İCAO vasitəsi ilə xəbərdarlıq ediləndən sonra ermənilər aeroportun açılışını təxirə salıb.
«Hansısa dövlət Azərbaycanın tələblərinə qarşı gedib, işğal olunmuş ərazilərə uçuş həyata keçirsə, o dövlətlərə qarşı iqtisadi sanksiyalar tətbiq olunacaq», deyən A. Məmmədov Qarabağ ermənilərinin aeroportun tikintisində istifadə üçün Türkiyədən avadanlıq alması barədə yayılan məlumatların artıq dəqiqləşdirildiyini və doğru olmadığını bildirib.
Administrasiya rəhbəri Azərbaycanın Xankəndinə uçacaq Ermənistan təyyarələrinə qarşı fiziki məhvetmə tətbiqinə dair bəyanatlarının qüvvədə qaldığını da vurğulayıb: «Bu Azərbaycan tərəfinin «Aviasiya haqqında» qanunla haqqıdır. Bu haqdan istifadə olunub-olunmayacağına isə hökumət qərar verəcək».
Ermənistanın əks təqdirdə üzərindəki hava koridorunu Azərbaycan təyyarələri üçün bağlayacağı barədə səsləndirdiyi bəyanatlara münasibət bildirən Administrasiya rəhbərinin sözlərinə görə, Bakının əslində bu koridora ehtiyacı yoxdur: «Həmin koridorsuz da istənilən uçuşları həyata keçirmək mümkündür. Məsələn, Naxçıvana uçmaq üçün Parsabad-Culfa xəttindən istifadə edə bilərik. Eyni zamanda, İrəvanın hava koridorunu bağlasa, Azərbaycan da buna cavab olaraq öz hava məkanını Ermənistan təyyarələrinə bağlamaq barədə qərar qəbul edə bilər».
Xarici siyasət
Azərbaycan və Pakistan XİN rəhbərlərinin telefon danışığı olub

Yalçın Rəfiyev Meksikaya səfər edib

Aİ səfiri Azərbaycanı Avropa Siyasi Birliyi Zirvəsinə ev sahibliyi etməsi münasibətilə təbrik edib

Bakıda Gürcüstanın Müstəqillik Günü qeyd olunub
Xəbər Lenti
İsrailin Qəzzaya hücumları nəticəsində 52 fələstinli həlak olub
Ukraynanın bir neçə bölgəsi PUA hücumuna məruz qalıb, 10 nəfər yaralanıb - YENİLƏNİB
Moskva hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
“The Telegraph” ABŞ hakimiyyətini Britaniyanın daxili işlərinə qarışmağa hazır olmaqda ittiham edib
İsrail bütün piyada və zirehli briqadaları Qəzzaya yerləşdirir
Azərbaycan əsilli İran rejissorunun filmi Kann kino festivalının qalibi olub - YENİLƏNİB
"Real Madrid" öz meydanında "Real Sosyedad"ı məğlub edib
Zelenski 1000-in 1000-ə formatda əsir mübadiləsinin olacağını açıqlayıb
Daniel Noboa ikinci müddətə Ekvadorun prezidenti kimi and içib
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
Bloomberg: Avropa Ukraynaya göndərmək üçün ABŞ-dan silah almaq istəyir
Tovuzda zənciravi qəza olub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
“Qalatasaray” səfərdə qələbə qazanıb
“Neftçi” “Sabah”a məğlub olub
Bakıda sürət qatarı piyadanı vurub
“Xarıbülbül” Festivalı çərçivəsində Şuşada teatr tamaşası göstərilib
Tramp ABŞ-ın müdafiə büdcəsini azaltmaq niyyətində olmadığını bildirib
Bakıda Gürcüstanın Müstəqillik Günü münasibətilə qala konsert olub
Şuşada “Xarıbülbül” musiqi festivalının açılışı olub
Azərbaycan və Pakistan XİN rəhbərlərinin telefon danışığı olub
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Türkiyə və Suriya prezidentləri arasında görüş olub - YENİLƏNİB
Ağdam sakini: Məcburi köçkün statusunun keçmişdə qalması çox sevindiricidir
Kəngərli sakini: Ömrümün sonuna qədər burada yaşayacam
Türkiyə Prezidenti və xanımı Etnosport Beynəlxalq Festivalında Azərbaycan heyətinin çıxışını izləyiblər - FOTO - VİDEO
Yalçın Rəfiyev Meksikaya səfər edib
Sarıcalı sakini: Ağdamın yenidən qurulmasında əməyimin olmasına sevinirəm
Zaxarova: Əsirlərin mübadiləsi Qərbin arqumentlərini sıfıra endirib
Ağdam Sənaye Parkındakı müəssisələr işçi qüvvəsini yerli sakinlərdən formalaşdırır
Bakıda 72 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub
Tbilisidə avtomobilin Kürə düşməsi nəticəsində suda batan üçüncü şəxsin meyiti tapılıb
BŞTİ: Uşaq bağçasında kommunal problemlərə dair iddialar araşdırılıb
Sumqayıtda kartdan 2600 manat oğurlanıb
Goranboyda kafedə iki nəfər bıçaqlanıb - YENİLƏNİB
Şəkidə 2 mərtəbəli ev yanıb
Paytaxtda 3600 manatlıq telefon oğurlanıb
Aİ Rusiyaya yeni məhdudiyyətlərin tətbiqini nəzərdən keçirir
Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi olub
Azərbaycanın bəzi yollarında görünüş məsafəsi məhdudlaşacaq
Azərbaycana 4 ayda 756 mln. dollarlıq nəqliyyat vasitələri və ehtiyat hissələri idxal edilib
FHN nümunəvi mülki müdafiə məşqi keçirib
Zelenski ötən gecə Ukraynaya hücum edən PUA-ların çoxunun İran istehsalı olduğunu açıqlayıb
“UniDestin” Təhsil Mərkəzində şagirdlərlə görüş keçirilib - FOTO
Su hövzələrində təhlükəsizliyin təmin edilməsi mövzusunda müşavirələr keçirilib
Sabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU
Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-dəki payı artıb
İtkin düşmüş kimi axtarılan 3 nəfər tapılıb