Azərbaycanın xarici işlər naziri Avropa Parlamentinin üzvlərini qəbul edib
15 iyul 2011 15:35 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Parlamentinin üzvləri Franko Qaston, Ferreira Fernandez Xose Manuel və Belçika Parlamentinin üzvü Alen Desteksi qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonaqları salamlayan nazir Azərbaycanda bütün sahələrdə sürətlə gedən inkişaf prosesi və ölkənin gündən-günə artan regional rolu barədə danışıb. Dağlıq-Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlara toxunan E. Məmmədyarov, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən birmənalı olaraq çıxarılmasının zəruriliyini vurğulayaraq beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bir sıra sənədlərin bunun üçün hüquqi əsas təşkil etdiyini söyləyib.
Qonaqlar isə Azərbaycanla Avropa Parlamenti arasında əlaqələrin inkişaf etdirilməsi və əməkdaşlığın genişləndirilməsinin vacibliyini ifadə ediblər. Onlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümidvar olduqlarını bildiriblər.
Qonaqlar isə Azərbaycanla Avropa Parlamenti arasında əlaqələrin inkişaf etdirilməsi və əməkdaşlığın genişləndirilməsinin vacibliyini ifadə ediblər. Onlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümidvar olduqlarını bildiriblər.
Xarici siyasət
Paşinyan: Cənubi Qafqazda münaqişələrə son qoyulması üçün tarixi imkan var - YENİLƏNİB
16:20
16 sentyabr 2024
Gürcüstan Baş naziri: Azərbaycanla Ermənistan arasında sülh prosesini alqışlayırıq
16:05
16 sentyabr 2024
Meksikanın Müstəqillik Günü Şuşa şəhərində qeyd olunub
15:02
16 sentyabr 2024
Çeçenistanda saxlanılan və zorla Ukrayna ilə müharibəyə göndərildiyi iddia olunan azərbaycanlılarla bağlı Rusiya XİN-ə müraciət edilib
13:01
16 sentyabr 2024