Serj Sarkisyan: “Qarabağ münaqişəsi dini xarakterli münaqişə deyil”
28 noyabr 2011 12:33 (UTC +04:00)
Bakı – APA. “Qarabağ münaqişəsi dini xarakterli münaqişə deyil və imkan vermək olmaz ki, iki ölkənin dini – xristianlıq və islam qarşı-qarşıya gəlsin”. APA-nın xəbərinə görə, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan MDB Dinlərarası Şurasının Rəyasət Heyətinin İrəvanda keçirilən iclasında çıxışında deyib. S. Sarkisyan bildirib ki, münaqişə adı altında tarixi-mədəni və dini abidələri məhv etmək yolverilməzdir: “Ermənistan bu cür abidələri mühafizə etmək və lazım gələrsə, bərpa etmək öhdəliyini təsdiqləyir”. S. Sarkisyan sözlərinə misal kimi İrəvanın mərkəzindəki XVIII əsrdən qalma Göy məscidi göstərib.
Xarici siyasət
XİN: Paşinyanın 2023-cü ildə qondarma “müstəqillik”lə bağlı separatçı xunta rejiminə təbrikini heç kəs unutmayıb
14:58
12 oktyabr 2024
Rəsmi Bakı: Azərbaycanın separatçı xunta rejiminin nümayəndələrini azad etmək öhdəliyi yoxdur
14:54
12 oktyabr 2024
Azərbaycan XİN Paşinyana cavab verib: Reallıqları təhrif edir
14:47
12 oktyabr 2024
Milli Məclis Niderland Krallığı Parlamentinin qətnaməsini pisləyib
14:45
12 oktyabr 2024