Kabildə Əfqanıstan üzrə beynəlxalq konfrans keçirilir

Kabildə Əfqanıstan üzrə beynəlxalq konfrans keçirilir
# 14 iyun 2012 16:05 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. İyunun 14-də Kabildə Əfqanıstan üzrə “Asiyanın ürəyi” adlı konfrans başlayıb. APA-nın xəbərinə görə, konfransda Əfqanıstanda sabitlik və təhlükəsizlik, qonşu və tərəfdaş ölkələrin Əfqanıstana dəstəyinin təmin olunması məsələləri müzakirə olunur.

Tədbirdə 15 ölkənin xarici işlər nazirləri və nazir müavinləri, o cümlədən Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Əli Əkbər Salehi iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR