BMT baş katibinın “Rio+20” konfransı ilə bağlı məqaləsi dərc olunub

BMT baş katibinın “Rio+20” konfransı ilə bağlı məqaləsi dərc olunub
# 16 iyun 2012 10:17 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova-APA. İyunun 20-22-də bütün dünya liderləri Birləşmiş Millətlər Təşkilatının Rio-de-Janeyroda keçiriləcək Davamlı İnkişaf üzrə Konfransında iştirak etmək üçün toplanacaqlar. BMT-nin Bakı Ofisindən APA-ya verilən məlumata görə, bu münasibətlə BMT baş katibi Pan Gi Mun “Dəyişiklik Naminə Qlobal Hərəkat” adlı məqaləsini ictimaiyyətə təqdim edib.

Qeyd edək ki, mövzusu davamlı inkişaf olan konfransa bir həftə qaldığı bir müddətdə baş katib Azərbaycan və bir sıra digər ölkələrin kənd təsərrüfatından turizmə qədər bir çox müxtəlif sənaye sahələrinə yaşıl inkişaf texnologiyalarını tətbiq etdiyini bildirib.

Baş katib konfransın uğurla keçəcəyinə inandığını deyib və qeyd edib ki “Rio+20” konfransı dəyişiklik naminə dinamik qlobal hərəkatın ifadəsi və görmək istədiyimiz gələcəyə doğru atılan iri addımdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR