Ermənilərin Azərbaycanın Polşadakı səfirliyi qarşısında keçirdiyi aksiya uğursuzluğa düçar olub - FOTOSESSİYA

Ermənilərin Azərbaycanın Polşadakı səfirliyi qarşısında keçirdiyi aksiya uğursuzluğa düçar olub - <font color=red>FOTOSESSİYA</font>
# 21 iyun 2012 13:17 (UTC +04:00)
Səfirlikdən APA-ya verilən məlumata görə, nümayiş keçirəcək şəxslərin kimliyi, hansı təşkilata mənsubluğu və hansı tarixi ədalətsizlikdən danışmaq fikrində olduqları səfirliyə məlum olmayıb: “Lakin zəmanəmizin ən aktual ədalətsizliyinin - Ermənistan tərəfindən Azərbaycan torpaqlarının zəbt olunması və Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən lazımınca dəyərləndirilməməsi səbəbindən Səfirlik məhz bu mövzularda müvafiq hazırlıq işləri aparıb. 10-12 nəfərdən ibarət bir qrup erməni Səfirliyin qarşısında nümayiş keçirməyə cəhd edərkən səfirliyin binasına yaxınlaşanda hasardan asılmış və Ermənistan təcavüzünü, Xocalı soyqırımını əks etdirən fotoşəkillərlə qarşılaşıblar”.

Məlumata əsasən, 10-12 erməni aksiya keçirməyə cəhd etsə də, onların cəhdləri uğursuzluğa düçar olub. “Manifestasiya” adlandırılan və 30 dəqiqə müddətində planlaşdırılan tədbir, 10 dəqiqə gec başlayıb və heç bir ciddi nəticə vermədən başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR