ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir
# 22 fevral 2024 19:09 (UTC +04:00)

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniaz Azərbaycanda səfərdədir.

ABŞ-nin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, o, noyabrda Bakıda COP29-un uğurla keçirilməsinə ABŞ-nin dəstəyini vurğulamaq üçün hökumət rəsmiləri ilə görüşəcək.

Azərbaycana səfər zamanı Syu Biniaz, həmçinin ADA Universitetində iqlim böhranının həlli üzrə beynəlxalq əməkdaşlıq mövzusunda keçirələcək tədbirdə çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR