Albaniya Azərbaycanın dəstəyilə qazdan enerji mənbəyi kimi istifadəni öyrənir

Albaniya Azərbaycanın dəstəyilə qazdan enerji mənbəyi kimi istifadəni öyrənir
# 15 may 2025 22:28 (UTC +04:00)

“Nur” layihəsi çərçivəsində SOCAR tərəfindən Korça şəhərinin qazlaşdırması sayəsində qazdan enerji mənbəyi kimi necə istifadə edildiyini öyrənməyə çalışırıq.

APA-nın Tiranaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Albaniya energetika və infrastruktur nazirinin müavini Ceno Klosi bildirib.

Nazir Albaniya qanunvericiliyində də qazlaşma ilə bağlı məsələlərin nəzərə alınacağını söyləyib: “Bu layihə ilə paralel olaraq indi biz SOCAR-la qazlaşdırma ilə bağlı digər sahələrini də müzakirə edirik. Çünki bu, SOCAR üçün də kiçik layihədir”.

Ceno Klosi qazdan elektrik enerjisi istehsalında istifadə istiqamətində layihənin də nəzərdə tutulduğunu qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR