Almaniya vətəndaşları İrandan Azərbaycana təxliyə edilib

Almaniya vətəndaşları İrandan Azərbaycana təxliyə edilib
# 23 iyun 2025 19:26 (UTC +04:00)

Səfirliyimizin əməkdaşları bu gün yenidən “Astara” sərhəd-buraxılış məntəqəsi vasitəsilə Azərbaycana təxliyə olunan Almaniya vətəndaşlarına dəstək göstəriblər.

APA xəbər verir ki, bu barədə Almaniyanın Bakıdakı Səfirliyinin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, onlarla bərabər, həm də Avropa İttifaqına daxil olan digər ölkələrin vətəndaşları da İrandan Azərbaycana gətirilib.

"Azərbaycan hakimiyyətinin Bakıda və sərhəddə göstərdiyi bütün dəstəyə görə minnətdarıq", - qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR