Asiya Parlament Assambleyasına sədrlik Azərbaycana keçir

Asiya Parlament Assambleyasına sədrlik Azərbaycana keçir
# 22 fevral 2024 10:38 (UTC +04:00)

Asiya Parlament Assambleyasına sədrlik Azərbaycana keçir.

APA xəbər verir ki, bunu Türkiyə parlamentinin spikeri Numan Kurtulmuş Asiya Parlament Assambleyasının Bakıda keçirilən 14-cü Plenar Sessiyasının açılışında Numan Kurtulmuş deyib.

TBMM sədri bildirib ki, üsuluna uyğun sədrliyi Sahibə Qafarovaya təqdim edəcək.

Milli Məclisin spikeri Sahibə Qafarova bildirib ki, bu gün Asiya Parlament Assambleyasının fəaliyyəti siyasi, sosial, iqtisadi, mədəni və digər bu kimi mühüm sahələri əhatə edir: “Azərbaycan Parlamenti Asiya Parlament Assambleyasına mühüm qurum kimi baxır. İnanıram ki, təşkilat daxilində əməkdaşlığımız daha da inkişaf edəcək. Yeni mexanizmlərin yaradılması da işimizi xeyli asanlaşdıracaq”.

Sahibə Qafarova Assambleyaya sədrliyin Türkiyədən təhvil almağın qürurverici olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR