Aşqabadda TDT Ağsaqqallar Şurasının iclası keçiriləcək

Aşqabadda TDT Ağsaqqallar Şurasının iclası keçiriləcək
# 05 mart 2024 14:09 (UTC +04:00)

Aşqabadda Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının iclası keçiriləcək.

APA-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, mart ayının 11-13 tarixlərində Türkmənistanın Aşqabad şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının 15-ci toplantısı keçiriləcək.

Qeyd edək ki, TDT Ağsaqqallar Şurasında Azərbaycanı Həsən Həsənov təmsil edir. TDT Ağsaqqallar Şurasının sonuncu - 14-cü toplantısı 2023-cü ilin oktyabr ayında Özbəkistanın Səmərqənd şəhərində keçirilib.

Əhməd Əkbərov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR