Azərbaycan və Lüksemburq arasında konsulluq məsləhətləşmələri keçirilib

Azərbaycan və Lüksemburq arasında konsulluq məsləhətləşmələri keçirilib
# 14 iyun 2024 15:44 (UTC +04:00)

Azərbaycan və Lüksemburq arasında konsulluq məsləhətləşmələri keçirilib.

APA xəbər verir ki, bu barədə Lüksemburq XİN-in Konsulluq Məsələləri və Beynəlxalq Mədəniyyət Əlaqələri üzrə direktor Jan Klod Kuqener "X" hesabında bildirib.

“Azərbaycan XİN-də keçirilən ikitərəfli Lüksemburq-Azərbaycan Konsulluq Məsləhətləşmələrimiz üçün Bakıda olmaqdan məmnunam”, - o qeyd edib.

Azərbaycan tərəfindən məsləhətləşmələrdə XİN-in Konsulluq İdarəsinin rəisi Emil Səfərov iştirak edib.

Lüksemburq XİN rəsmisi vurğulayıb ki, iki ölkə arasında konsulluq əməkdaşlığına dair səmərəli müzakirələr aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR