Azərbaycan XİN başçısı lüksemburqlu həmkarı ilə qarşılıqlı əməkdaşlığı müzakirə edib - YENİLƏNİB

Azərbaycan XİN başçısı lüksemburqlu həmkarı ilə qarşılıqlı əməkdaşlığı müzakirə edib - YENİLƏNİB
# 02 mart 2024 14:21 (UTC +04:00)

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Lüksemburq Böyük Hersoqluğunun Baş nazirinin müavini, xarici işlər və xarici ticarət naziri, əməkdaşlıq və humanitar məsələlər naziri Xavier Bettel ilə görüş keçirib.

XİN-dən APA-ya verilən xəbərə görə, görüşdə son zamanlar Azərbaycan-Lüksemburq təmaslarında müşahidə olunan canlanma məmnunluqla qeyd edilərək, ölkələrimiz arasında siyasi dialoqun vacibliyi vurğulanıb.

Azərbaycan ilə Lüksemburq arasında əməkdaşlıq əlaqələrinin inkişafı üçün qarşılıqlı səylərin fəallaşdırılmasının, siyasi dialoqun, qarşılıqlı səfərlərin zəruriliyi qeyd olunub.

Görüş zamanı, Ermənistanın Azərbaycana qarşı təcavüzü və 30 ilə yaxın davam edən işğalı, Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət barədə qarşı tərəfə ətraflı məlumat verilib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

***

13:51

Azərbaycan XİN başçısı Ceyhun Bayramov Lüksemburq Baş nazirinin müavini və xarici işlər naziri Xavier Bettel ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Azərbaycan XİN “X” hesabında yazıb.

Türkiyənin Antalya şəhərində təşkil olunan III Diplomatiya Forumu çərçivəsində baş tutan görüşdə ölkələrimiz arasında qarşılıqlı əməkdaşlıq müzakirə edilib və gələcək perspektivlər ətrafında müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR