Azərbaycan XİN: Mina təhlükəsinin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin təsirli tədbirlərinin görülməsi zəruridir

Azərbaycan XİN: Mina təhlükəsinin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin təsirli tədbirlərinin görülməsi zəruridir
# 02 avqust 2024 16:38 (UTC +04:00)

Ermənistan tərəfindən yerləşdirilmiş minalar Azərbaycan vətəndaşlarının təhlükəsizliyini və rifahını təhdid etməkdə davam edir.

APA xəbər verir ki, bu barədə XİN-in paylaşımında bildirilib.

Qeyd edilib ki, bu gün biri Azərbaycan Dövlət Sərhəd Xidmətinin, digərləri ANAMA əməkdaşı olmaqla 4 nəfər mina partlaması nəticəsində xəsarət alıb.

“2020-ci il müharibəsi başa çatdıqdan sonra mina qurbanlarının ümumi sayı 376-ya çatıb, onlardan 69-u həlak olub. Mina qurbanlarının sayının artması bu təhlükənin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin təsirli tədbirlərinin görülməsinin zəruriliyini vurğulayırıq”, - məlumatda deyilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR