Bakı Təşəbbüs Qrupu və Fransız Polineziyasının Tavini Huiraatira Partiyası arasında görüş keçirilib - FOTO

Bakı Təşəbbüs Qrupu və Fransız Polineziyasının Tavini Huiraatira Partiyası arasında görüş keçirilib - FOTO
# 29 may 2024 21:55 (UTC +04:00)

Bakı Təşəbbüs Qrupunun (BTQ) qərargahında BTQ və Fransız Polineziyasının Tavini Huiraatira Partiyası ilə görüş keçirilib.

APA xəbər verir ki, görüş zamanı tərəflər arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də müxtəlif sahələrdə praktik fəaliyyətin davam etdirilməsi yolları ətraflı müzakirə olunub.

Görüşdə 30.04.2024 tarixində BMT-nin Vyana ofisində keçirilmiş “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans çərçivəsində tərəflər arasında imzalanan əməkdaşlıq memorandumunun əhəmiyyəti bir daha vurğulanaraq, müstəmləkəçiliyə qarşı mübarizədə Azərbaycanın rolu yüksək qiymətləndirilib.

Fransız Polineziyası nümayəndə heyəti dekolonizasiya prosesində ölkələrinə verdiyi dəstəyə görə Azərbaycana bir daha minnətdarlıq ifadə edib.

BTQ-nin İcraçı direktoru Abbas Abbasov təmsil etdiyi qurumun bundan sonra da müstəmləkəçilikdən azad olmaq istəyən xalqların ədalətli mübarizəsinə dəstək verəcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR