Bakıda Asiya Parlament Assambleyasının 14-cü Plenar Sessiyasının açılış mərasimi keçirilib - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda Asiya Parlament Assambleyasının 14-cü Plenar Sessiyasının açılış mərasimi keçirilib - FOTO  - VİDEO  - YENİLƏNİB
# 22 fevral 2024 12:47 (UTC +04:00)

Bakıda Asiya Parlament Assambleyasının 14-cü Plenar Sessiyasının açılış mərasimi keçirilib.

APA xəbər verir ki, 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikerinin iştirak etdiyi mərasimi Asiya Parlament Assambleyasının Baş katibi Mohammad Reza Majidi açıb.

Baş katib növbəti iki il ərzində Assambleyaya sədrlik edəcək Azərbaycan Parlamentinə uğurlar arzu edib:

"Əminəm ki, Azərbaycan Milli Məclisinin dinamik rəhbərliyi ilə APA qarşıdakı iki ildə daha da çiçəklənəcək".

Türkiyə Böyük Millət Məclisinin spikeri Numan Kurtulmuş regionu narahat edən bir sıra məsələlərə diqqət çəkərək bu yöndə birlik və davamlılığın qorunmasının vacibliyini qeyd edib.

O, daha sonra Assambleyaya sədrlik səlahiyyətlərini Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafaroya təqdim edib.

Çıxış edən Milli Məclisin spikeri Sahibə Qafarova da, öz növbəsində, Asiya Parlament Assableyasının qarşıdakı illərdə diqqət çəkməli olduğu bir sıra məsələlər barədə fikrini ifadə edib.

Spiker Azərbaycan-Ermənistan münasibətlərinə toxunaraq, sülh naminə ölkəmizin təşəbbüs göstərdiyini xüsusilə vurğulayıb.

"Ümid edirik ki, Ermənistan Azərbaycanın ərazilərinə olan iddiasından əl çəkəcək və bütün bunları konstitusiya üzərində də təmin edəcək".

Daha sonra İraq, Şri-Lanka, Tacikistan, Oman, Tayland, Birləşmiş Ərəb Əmirlikləri, Fələstin, Qətər kimi ölkələrin Parlament sədləri, sədr müavinləri, parlament nümayəndələri çıxış ediblər.

Çıxışlarda daha çox Asiya Parlament Assambleyasının prioritetlərinə toxunaraq birlik və davamlılığın qorunmasına diqqət çəkiblər.

Bu mənada, Assambleya daxilində təcrübə mübadiləsi üçün davamlı tədbirlərin təşkili təklif edilib. Qeyd olunub ki, regional və beynəlxalq əməkdaşlığa, təhlükəsizlik və sabitliyə nail olmaq üçün təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi mütləqdir.

Eləcə də regionda sülh və əmin-amanlığın bərpa edilməsi istiqamətində atılacaq addımların vacibliyi xüsusilə vurğulanıb.

Assambleya günün ikinci yarısında keçiriləcək plenar sessiyalarla öz işinə davam edəcək.

***

10:07

Bakıda Asiya Parlament Assambleyasının 14-cü Plenar Sessiyası keçirilir.

APA xəbər verir ki, Plenar Sessiyada 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri iştirak edir.

Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə, sosial və mədəni sahələrə dair komitələrinin iclaslarının keçirilməsi, müvafiq məsələlərin müzakirə edilməsi, bir sıra təşkilati məsələlərə baxılması, eləcə də sessiyanın sonunda Bakı Bəyannaməsi və Asiya Parlament Assambleyasının yekun hesabatının qəbul edilməsi gözlənilir.

© APA | Milli Məclis sədrinin Bakıda Asiya Parlament Assambleyasının 14-cü Plenar Sessiyasının açılış mərasimində çıxışı

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR