BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq niyyəti barədə birgə bəyanatını alqışlayır və bunun uzunmüddətli sülhün təmin olunmasına xidmət edəcəyinə ümid bəsləyir.
APA-nın məlumatına görə, bunu BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə deyib.
“Baş katib Ermənistan və Azərbaycanın birgə bəyanatını alqışlayır”, - deyə o bildirib.
“BMT tərəfləri bu sazişdən qarşılıqlı etimadı inkişaf etdirmək, xalqlarının və regionun rifahı naminə uzunmüddətli sülhü təmin etmək üçün istifadə etməyə təşviq edir”- Düjarrik vurğulayıb.