Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşüb, Ermənistana çağırış edib - YENİLƏNİB

Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşüb, Ermənistana çağırış edib - YENİLƏNİB
# 02 mart 2024 12:26 (UTC +04:00)

Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb.

XİN-dən APA-ya verilən xəbərə görə, görüş zamanı, Azərbaycan-ATƏT çərçivəsində həyata keçirilən əməkdaşlıq gündəliyi, bölgədəki mövcud vəziyyət, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi müzakirə edilib.

Azərbaycanla-ATƏT arasında bir sıra mümkün layihələr, eləcə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu il ölkəmizdə keçirilməsi ilə əlaqədar mümkün əməkdaşlıq sahələri nəzərdən keçirilib.

Azərbaycan və Ermənistan arasında mövcud sülh və normallaşma gündəliyində olan son proseslərdən bəhs edən nazir Ceyhun Bayramov, Ermənistan tərəfindən müxtəlif platformalarda səsləndirilən anti-Azərbaycan xarakterli bəyanatların, eləcə də həyata keçirilən son təxribatların Ermənistanın səsləndirdiyi sülh ritorikası ilə ziddiyyət təşkil etdiyi vurğulanıb.

Görüşdə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

11:07

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində ATƏT-in baş katibi Helqa-Mariya Şmidlə görüşüb.

APA xəbər verir ki, nazir bu barədə özünün rəsmi “X” sosial şəbəkə hesabında paylaşım edib.

Ceyhun Bayramov Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı çağırış edib.

“Ermənistan Azərbaycan-Ermənistan sülh və normallaşma prosesinə daha çox xələl gətirməmək üçün qızışdırıcı ifadələr və bəyanatlar verməkdən çəkinməlidir”, - deyə o bildirib.

Nazir regional və beynəlxalq hadisələr barədə danışdıqlarını da əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR