Ceyhun Bayramov Belçikaya işgüzar səfərə gedib

Ceyhun Bayramov Belçikaya işgüzar səfərə gedib
# 10 dekabr 2023 21:19 (UTC +04:00)

10 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “Şərq tərəfdaşlığı” xarici işlər nazirlərinin görüşündə iştirak etmək məqsədilə Belçika Krallığına işgüzar səfərə yola düşüb.

Bu barədə APA-ya Azərbaycan XİN-dən bildirilib.

Səfər zamanı nazir Ceyhun Bayramovun Brüssel şəhərində keçirilən tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR