Ceyhun Bayramov: İranın XİN başçısı ilə Azərbaycan-İran kontekstində ətraflı müzakirələrimiz oldu - VİDEO

Ceyhun Bayramov: İranın XİN başçısı ilə Azərbaycan-İran kontekstində ətraflı müzakirələrimiz oldu - VİDEO
# 05 dekabr 2023 22:04 (UTC +04:00)

İran xarici işlər naziri ilə Azərbaycan-İran münasibətləri kontekstində kifayət qədər ətraflı müzakirələrimiz oldu.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

Moskvada keçirdiyi ikitərəfli görüşlərdən danışan Azərbaycanın XİN başçısı beynəlxalq geniş formatlı tədbirlər çərçivəsində ikitərəfli görüşlərin də keçirildiyini xatırladıb.

"Biz gün ərzində səhər saatlarında Rusiya xarici işlər naziri Sergey Lavrovla Azərbaycan-Rusiya münasibətləri kontekstində ikitərəfli görüş keçirdik. İndi isə bir qədər əvvəl İran xarici işlər naziri Hüseyn Əmir Abddulahianla Azərbaycan-İran münasibətləri kontekstində kifayət qədər ətraflı müzakirələrimiz oldu", deyə Ceyhun Bayramov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR