Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi ilə görüşüb - YENİLƏNİB

Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi ilə görüşüb - YENİLƏNİB
# 02 mart 2024 13:29 (UTC +04:00)

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Müqəddəs Taxt-Tacın xarici işlər üzrə dövlət katibi arxiyepiskop Pol Riçard Qallager ilə görüşüb.

XİN-dən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan və Müqəddəs Taxt-Tac arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə cari regional vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov iki ölkə arasında intensiv xarakter daşıyan səfərlər və görüşlərin münasibətlərin inkişafına töhfə verdiyini bildirib. Xüsusilə, Azərbaycanın Müqəddəs Taxt-Tacda səfirliyinin təsis olunmasından sonra artan təmasların məmnunluq doğurduğu, o cümlədən siyasi, mədəni, humanitar və s. sahələr üzrə əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsində vacib rol oynadığı qeyd edilib.

Bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əməkdaşlıq üçün əlavə imkanlar yaratdığı diqqətə çatdırılıb.

Qarşı tərəf eyni zamanda postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyinin son durumu barədə məlumatlandırılıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

11:14

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallager ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi “X” hesabında məlumat verilib.

Vurğulanıb ki, tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ilə bağlı geniş spektrli məsələləri müzakirə ediblər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyi barədə danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR