Ceyms O`Brayn: Blinken Ceyhun Bayramov və Mirzoyanı Vaşinqtonda qəbul etməyi gözləyir

Ceyms O`Brayn: Blinken Ceyhun Bayramov və Mirzoyanı Vaşinqtonda qəbul etməyi gözləyir
# 07 dekabr 2023 10:35 (UTC +04:00)

“Bakıda müsbət və konstruktiv görüşlər keçirdim”.

APA xəbər verir ki, bunu Azərbaycanda səfərdə etmiş ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn “X” platformasında paylaşımında deyib.

“Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə də dediyim kimi, Mərkəzi Bankın sədrinin və energetika nazirinin səfərlərini ABŞ alqışlayır və dövlət katibi Blinken sülh danışıqları üçün tezliklə xarici işlər nazirləri Bayramov və Mirzoyanı Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözləyir”, o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR