“28 May - Azərbaycanın Müstəqillik Günündə Laçında idik, Laçın Hava Limanının da açılışını etdik”.
APA-nın Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə Prezidenti deyib ki, azad olunmuş ərazilərdə bərpa-tikinti prosesi sürtələ davam edir: “Azərbaycanla Ermənistan arasında sülhün təsisi ilə bu proseslər daha da sürətlənəcək. Allah Azərbaycanla birlik və diriliyimizi daimi etsin. Bu düşüncələrlə can Azərbaycanın 15 İyun - Milli Qurtuluş Gününü bir daha təbrik edirəm”.