Ceyhun Bayramov belçikalı həmkarına Azərbaycan-Ermənistan sülh sazişi prosesindən danışıb - YENİLƏNİB

Ceyhun Bayramov belçikalı həmkarına Azərbaycan-Ermənistan sülh sazişi prosesindən danışıb - YENİLƏNİB
# 12 dekabr 2023 00:08 (UTC +04:00)

11 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin görüşü çərçivəsində Belçika Krallığının xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri Hadja Lahbib ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər və cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Yüksək səviyyəli səfərlərin, iqtisadi əməkdaşlığın və siyasi məsləhətləşmələrin davam etdirilməsinin önəmi vurğulanıb.

Regionda baş verən son proseslər barədə məlumat verən nazir Ceyhun Bayramov, cari ilin sentyabr ayında bölgədə aparılan antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin ərazilərimizdə mövcudluğuna son qoyulmasından sonra sülh prosesində real irəliləyişlər əldə edilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırıb. Nazir son dövrlər Azərbaycan və Ermənistan arasında sülh və sabitliyin, eləcə də, etimadın qurulmasına xidmət edən addımlar barədə qarşı tərəfə məlumat verib.

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

11.12.2023

Saat 21:38

Azərbaycanlı həmkarımla danışmaqdan məmnunam.

APA xəbər verir ki, bu barədə Belçikanın xarici işlər naziri Hadija Labib Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü barədə "X" hesabındakı paylaşımında bildirib.

Nazir bildirib ki, Belçika Azərbaycanla Ermənistan arasındakı sülh və hərtərəfli nizamlanma səylərini qətiyyətlə dəstəkləyir, regionda sabitliyə töhfə verir.

Görüşdə həmçinin Aİ-Azərbaycan münasibətləri və ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi yolları müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR