İran XİN rəhbəri: ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq

İranın xarici işlər naziri Abbas Araqçi

© APA | İranın xarici işlər naziri Abbas Araqçi

# 21 iyun 2025 13:58 (UTC +04:00)

ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq.

APA xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 51-ci iclasında bildirib.

“Diplomatiya keçmişdə işə yaradı və gələcəkdə də işləyə bilər. Lakin diplomatiyaya qayıtmaq üçün təcavüzə son qoyulmalıdır”, - nazir deyib.

Araqçi İsrailin açıq şəkildə diplomatiyaya qarşı olduğunu vurğulayıb.

Onun sözlərinə görə, İran danışıqlar yolu ilə həllə hazırdır: “2015-ci ildə olduğu kimi, danışıqlar yolu ilə həllə mütləq hazırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR