Kelli Uillis: 3 milyarddan çox insan iqlim dəyişikliyindən xüsusilə əziyyət çəkir

“Sağlam Gələcəklərin Proqnozlaşdırılması” təşkilatlarının idarəedici direktoru Kelli Uillis

© APA | “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” təşkilatlarının idarəedici direktoru Kelli Uillis

# 18 iyun 2024 10:24 (UTC +04:00)

Planetimizdə 3 milyarddan çox insan iqlim dəyişikliyindən xüsusilə əziyyət çəkir.

APA xəbər ki, bunu jurnalistlərə açıqlamasında “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” təşkilatlarının idarəedici direktoru Kelli Uillis deyib.

O bildirib ki, həmin insanlar xüsusi həssas qruplar sayılır:

“Lakin bununla belə biz hamımız iqlim dəyişikliklərinin mənfi nəticələrindən təsirlənirik. Buna görə səhiyyə sahəsinə də investisiya qoyulmalıdır ki, məhz həmin insanlar bu dəyişikliklərə müqavimət göstərə bilsinlər".

"BMT-yə üzv dövlətlər öz üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər. Bu xüsusilə də istixana qaz effektlərinin azaldılması, dayanıqlı bərpa edilən enerji sektoruna keçidi özündə ehtiva edir", - deyə o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR