Lavrov: Moskva İrəvanla Bakı arasında münasibətlərin tam normallaşmasında maraqlıdır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov

© APA | Rusiyanın xarici işlər naziri Sergey Lavrov

# 21 may 2025 12:12 (UTC +04:00)

Moskva İrəvanla Bakı arasında münasibətlərin tam normallaşmasında maraqlıdır. Rusiya Azərbaycanla Ermənistanın sülh sazişinin mətni üzrə razılığa gəlməsini alqışlayır.

APA-nın Moskva bürosu xəbər verir ki ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşündə deyib.

Lavrovun sözlərinə görə, Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin nizamıanmasına səmimi şəkildə çalışır, Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli razılaşmalar kompleksinə bu mənada möhkəm əsas kimi baxır.

"Siz hər zaman bizim dəstəyimizə arxalana bilərsiniz - istər kommunikasiyaların blokdan çıxarılması, istərsə də Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və bütün tərəflərin maraqları nəzərə alınmaqla humanitar məsələlərin həllində...", - Rusiya XİN başçısı vurğulayıb.

Lavrov qeyd edib ki, Moskva həmçinin Cənubi Qafqaz ölkələrini və onların yaxın qonşularını birləşdirən “3+3” platformasında regional əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətli potensialını görür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR