Litva Prezidenti Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası ilə bağlı razılaşmanı alqışlayıb

Litva Prezidenti Gitanas Nauseda

© APA | Litva Prezidenti Gitanas Nauseda

# 29 may 2024 13:20 (UTC +04:00)

“Biz Sizin ölkənizin Ermənistanla sülh əldə etmək səylərini dəstəkləyir və yüksək qiymətləndiririk”.


APA xəbər verir ki, bu barədə Litva Respublikasının Prezidenti Gitanas Nausedanın Prezident İlham Əliyevə təbrik məktubunda deyilir:

“Mən Ermənistanla sərhədlərin delimitasiyası ilə bağlı bu yaxınlarda əldə edilmiş və regionda davamlı sülh üçün tarixi imkan yaradan razılaşmanı alqışlayıram. Litvanın Cənubi Qafqazda etimadın yaradılmasına töhfə verməyə hazır olduğunu bir daha qeyd edirəm. İnanıram ki, dialoq və danışıqlar davamlı konsensusa nail olmağın yeganə yoludur”, - Litva dövlət başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR