Macar professor: Azərbaycanla Macarıstan arasında əlaqələr ən yüksək səviyyədədir

Macar professor: Azərbaycanla Macarıstan arasında əlaqələr ən yüksək səviyyədədir
# 20 may 2025 17:06 (UTC +04:00)

Azərbaycanla Macarıstan arasında bütün sahələrdə əlaqələr ən yüksək səviyyədədir.

APA-nın xəbərinə görə, bunu Budapeştdə jurnalistlərə açıqlamasında Macarıstanın Beynəlxalq Əlaqələr və Ticarət İnstitutunun baş müşaviri, professor Laszlo Vaşa bildirib.

Laszlo Vaşa deyib ki, tək iqtisadiyyat deyil, mədəniyyət, təhsil və elm sahələrində də əlaqələr yüksək səviyyədədir: “ Ukraynada böhran başlayandan və Avropa Rusiya qazından imtina etmək qərarına gələndən sonra qazla əlaqədar Azərbaycan Macarıstan üçün bir nömrəli alternativ mənbə idi. Eyni zamanda Azərbaycan qazının Mərkəzi Avropaya çatdırılması üçün Macarıstanın boru kəməri sistemi var”.

Laszlo Vaşa qeyd edib ki, Azərbaycanın yaşıl enerjisini Mərkəzi Avropaya çatdırmaqla bağlı inqilabi bir ideya da var, Azərbaycan və Gürcüstanla bərabər Özbəkistan və Qazaxıstan kimi ölkələr də bu layihəyə qoşulmaqda maraqlı olduqlarını bildiriblər: “Bunun üçün Xəzər dənizinin altında dərin sualtı kabel sistemi qurmaq istəyirlər”.

O, macar investorların Azərbaycanda fəaliyyətindən qürur duyduqlarını da vurğulayıb: “Şirkətlərimiz Azərbaycan hökumətinin yenidənqurma layihələrində iştirak edir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR