Meksika, Kolumbiya və Peru paytaxtlarının mərkəzi küçələrində “Xocalıya ədalət” çağırışı edilib

Meksika, Kolumbiya və Peru paytaxtlarının mərkəzi küçələrində “Xocalıya ədalət” çağırışı edilib
# 28 fevral 2024 06:22 (UTC +04:00)

"Xocalıya ədalət" beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar 26 fevral tarixindən başlayaraq Meksika, Kolumbiya və Perunun paytaxt şəhərləri Mexiko, Boqota və Limanın mərkəzi küçələrində yerləşən böyük və orta ölçülü lövhələrdə “Xocalıya ədalət” çağırışları əks olunub.

Bu barədə APA-ya Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.

Lövhələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin təsviri, “Xocalı Soyqırımı 32 il”, “Xatırlayırıq”, “Azərbaycana qarşı cinayət” şüarları və "Xocalıya ədalət" kampaniyasının rəsmi internet səhifəsi təsvir olunub.

Adıçəkilən şəhərlərin sakinləri lövhələrdə yer almış "Xocalıya ədalət" kampaniyasının rəsmi internet səhifəsinə daxil olaraq soyqırımı haqda ətraflı məlumat əldə edə bilir. Elektron lövhələr bir neçə gün ərzində nümayiş etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR